Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində növbəti təlim keçirilib

24 noyabr 2017 | 11:00

Noyabrın  24-də    Ağsu rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində təlim keçirilib.
  Tədbirdə şəhər 1 nömrəli məktəb-liseyinin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
  Təlimi giriş nitqi ilə açan layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova icra edilən layihənin məqsədini açıqlayaraq bildirib ki, Ağsu rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bir-biri ilə əməkdaşlığına nail olmaq və bu əməkdaşlıq sayəsində erkən evliliyin bioloji fəsadlarını öyrənmək, müzakirə etmək, problemi diqqət mərkəzində saxlayaraq onunla mübarizə yollarının məktəblilərə öyrədilməsinə nail olmaqdır. “Bu məqsədlə biz Ağsu rayonunun ən qabaqcıl müəllimlərinin bir araya toplayaraq, “Erkən evliliyin bioloji fəsadları” mövzusunda seminar təşkil etdik. Bununla yanaşı məktəblərdə sözügedən mövzuda dərslər keçirilir. Layihə çərçivəsində rayonun 4 ümumtəhsil məktəbinin şagirdləri üçün erkən evliliklərin bioloji fəsadları ilə bağlı maarifləndirmə işləri aparılır".
  Təlimçi Elnarə Qasımova erkən evlilik probleminin həllinin insanların maarifləndirilməsindən asılı olduğunu vurğulayıb, maarifləndirici slaydları məktəblilərə təqdim edib.
  O cümlədən Könüllü təlimçi - tibb işçisi Hədiyyə Hüseynova çıxış edib, erkən nikahların nəticəsində qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar formalaşmaqda olan nəsil və ən əsası ana və uşaq ölümləri kimi ortaya çıxan fəsadları diqqətə çatdırıb.
  Daha sonra çıxış edənlər də şagirdlərə mövzu ilə bağlı ətraflı məlumatlar verərək, cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri tədbir iştirakçıları ilə müzakirə ediblər. Sözügedən mövzu ilə əlaqədar məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
  Sonra təlim içştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici bukletlər təqdim edilib.

   Tədbir çay süfrəsi ilə yekunlaşıb. 

Keçidlər