“Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda yığıncaq keçirmişdir
Noyabrın 24-də Ağsu rayon Gənclər və İdman İdarəsi YAP Ağsu rayon təşkilatının Gənclər Birliyi ilə birlikdə “Narkotiklərlə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda yığıncaq keçirib. Gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı Ağsu şəhər 3 saylı tam orta məktəbində keçirilən yığıncağı Gənclər və İdman idarənin rəisi Azər Kərimli açaraq bildirib ki, narkomaniya bu gün müasir cəmiyyəti narahat edən başlıca problemlərdən biridir. Narkomanlığın, onunla bağlı cinayətkarlığın cəmiyyətin inkişafına, gələcəyimiz olan gənc nəslin tərbiyəsinə mənfi təsirlərini aradan qaldırmaq və onunla mübarizə məqsədilə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir.
YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri E.Fərzəlizadə, şəhər 3 saylı tam orta məktəbin direktoru L.Rüstəmzadə və şəhər 3 saylı tam orta məktəbin şagirdi A.Gəraylı çıxış edərək narkomaniyanın cəmiyyətdə törətdiyi fəsadlardan söz açmış və onunla mübarizənin bütövlükdə cəmiyyətin hər bir üzvünün işi olduğunu vurğulamışlar.
Tədbirin sonunda 15 dəqiqəlik video-çarx nümayiş etdirilib.