Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür

13 noyabr 2013 | 11:00

Noyabrın 12 – də Ağsu Rayon İcra Hakimiyyətində Konstitusiya Günü münasibətilə tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək düzərək, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbiri  giriş  sözü  ilə  açan rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 12 noyabr-Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və Konstitusiyanın qəbulunun hər bir xalqın tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.  Natiq 1995-ci il noyabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə referenduma çıxarılan Konstitusiyamızın dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etdiyini vurğuladı.
Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Tofiq Kərimov “Cəmiyyətinin əsas qanunu” mövzusunda məruzə ilə çıxış edərək 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın Azərbaycan tarixində yeni səhifə açdığını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratdığını, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının əsas təminatçısı olduğunu  bildirdi.
Daha sonra Ağsu rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi, Ağsu rayon Prokuror köməkçisi Elçin Mahmudov və Ağsu rayon Polis şöbəsinin rəisi Bahadur Şükürov  çıxış  edərək  Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi, əsasən, onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf etdiyi,  Azərbaycanın ilk Konstitusiyasının 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edildiyi, 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyada qəbul olunduğu, 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyasının qəbul edildiyi, həmçinin  Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yarandığı, bu məqsədlə Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsinə uyğun olaraq yeni Konstitusiya qəbul edildiyi  və  bu  Konstitusiyası  ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsası qoyulduğu  haqqında  ətrafl  danışdılar.
.

Keçidlər