Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub

31 dekabr 2022 | 12:02

     Ağsu şəhərinin mərkəzindəki Heydər Parkında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı təntənəli şəkildə qeyd olunub.

     Tədbirdə bir neçə şəhid ailəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilən ordenlər təqdim olunub. Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

   Şəhid ailələri ilə görüşdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları - soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin bütövlüyü, daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı daha sonra 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Azərbaycan xalqının öz Liderinin - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdiyini, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildiyi diqqətə çatdırılıb.

     Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib. Yolka ətrafında uşaq bağçalarının fidanları və məktəblilər şənlik edib, Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb. Musiqiçilərin, o cümlədən nağaraçılar qrupunun çıxışları maraqla qarşılanıb.

Keçidlər