Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində işlər davam etdirilir

15 noyabr 2017 | 11:00

 Noyabr ayının 15-də  “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş " Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində rayon Gəgəli kənd tam orta məktəbində növbəti təlim keçirilib. “Bizə qoşul və xilas et!” layihəsinin məqsədi şagirdlərin erkən evliliyin bioloji fəsadları ilə bağlı maarifləndirilməsi, erkən evliliyin fəsadları barədə geniş məlumatların çatdırılması və problemlə mübarizə yollarının öyrədilməsidir.

   Layihə Ağsu rayonunun kənd məktəblərinin şagird və müəllimlərini əhatə edir və rayonda yerləşən 4 məktəbin VII-XI sinif şagirdləri üçün təlimlərin keçilməsi ilə icra edilir. Layihə çərçivəsində şagirdlərə erkən evliliyin bioloji fəsadları ilə bağlı  seminarlar keçiriləcəkdir, bununla yanaşı seminarların keçilmədiyi məktəblərin şagirdləri üçün də dərsdən əlavə dərnəklər təşkil ediləcəkdir. Layihənin təqdimatı 20 oktyabrda Ağsu Rayon Heydər Əliyev Mərkəzində baş tutub. 10 noyabrda Kəndoba kənd tam orta məktəbində ilk təlim keçirilib.
 Layihə  rəhbəri Məmmədova Ziba Əziz qızı Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimidir. Layihənin icra müddəti 3 ayı əhatə edir.  Sentyabr ayının 22-də başlayıb və dekabr ayının 22-də yekunlaşdırılacaqdır.

  Layihə çərçivəsində noyabr ayının 24-də Ağsu şəhər 3 nömrəli tam orta məktəbində, növbəti təlim olacaq. Təlimin mövzusu “Erkən evliliklərin bioloji fəsadları” olacaq. Təlimdə Ağsu şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri və onların valideynləri cəlb ediləcək.

   Tədbir çay süfrəsi ilə yekunlaşıb.

 

Keçidlər