Konstitusiya Günü münasibətilə məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir
12 Noyabr-Konstitusiya Günü münasibətilə məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilik rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Uşaq-Gənlər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə baş tutmuşdur.
Noyabrın 9-da Uşaq-Gənlər İdman - Şahmat Məktəbində başlayan və 2 gün davam edən yarışda 10 yaşadək olan qrupda 32 nəfər, 16 yaşadək olan qrupda isə 24 nəfər olmaqla iştirakçılar mübarizə aparmışlar.
Yarışın keçirilməsində məqsəd həm də məktəblilər arasında dostluq əlaqələrini genişləndirmək və şahmatçıların təsnifat dərəcələrini artırmaqdır.
Yarış iştirakçıların sayına uyğun olaraq Olimpiya sistemi üzrə (uduzan çıxdı) keçirilmişdir. Hər iki yaş qrupunda I, II və III yerlərə layiq görülən şahmatçılara rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.