Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

20 oktyabr 2013 | 10:00

Ağsu Rayon İcra Hakimiyyətində cari ilin doqquz ayında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
          Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin hesabat məruzəsi  dinlənilmiş, müzakirələr aparılmışdır.
Əsas  diqqət  Prezident  İlham  Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü il 6 oktyabr tarixli iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrə cəlb edilmişdir.
          Məruzə və çıxışlarda bu müddətdə Ağsu rayonunda da sosial-iqtisadi sahələrdə diqqətəlayiq nəticələr qazanıldığı bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 8,1 faiz  artmaqla 115 milyon 844,9 min manat,  tikinti-quraşdırma işlərinin həcmi  59,7 faiz artaraq 34 milyon 154,2 min manat, əsas kapitala yönəldilən investisiyalar 60,4 faiz artaraq 33 milyon 709,9 min manat olmuşdur. Ötən 9 ayda 285 daimi yeni iş yeri açılmışdır.
Qeyd olunmuşdur ki, rayonda tikinti-quruculuq işləri, xüsusilə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Uzunluğu 25,6 kilometr olan Ağsu-Çaparlı-Göylər avtomobil yolu əsaslı təmir edilərək asfaltlaşdırılmış, nəticədə rayonunun  ümumi  əhalisinin  sayı  14,2 min nəfər olan 12 kənd əhalisinin rayon  mərkəzi  və  digər yaşayış məntəqələri  ilə  əlaqəsi   asanlaşmışdır.
İclasda əhalinin su təchizatı, elektrik enerjisi və təbii qazla normal təmin olunması ilə əlaqədar görülmüş işlər, təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərdən ətraflı danışılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
         Qeyd  olunmuşdır ki, Ağsu rayonunun əhalisi Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə  dövlətimizin   geniş  miqyaslı  iqtisadi  strategiyayasının  həyata keçirilməsi üçün qarşıya qoyulan vəzifələri vaxtında və uğurla yerinə yetirəcəkdir.

Keçidlər