Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Dövlət Müstəqillik Günü təntənə ilə qeyd edilmişdir

19 oktyabr 2013 | 10:00

Azərbaycan Respublikasının dövlət  müstəqilliyinin bərpa edilməsinin 22-ci ildönümü ilə əlaqədar Ağsu rayon  ictimayyətinin  təntənəli  yığıncağı  keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzmüş, görkəmli dövlət xadiminin xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin iclas zalında keçirilən təntənəli yığıncaqda dövlət müstəqilliyinin əhəmiyyətindən, müstəqilliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, ötən əsrin axırlarında sovet imperiyasının süqutu ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırmışdır.
Azərbaycan Ali Sovetinin 1991-ci il oktyabrın 18-də qəbul etdiyi Konstitusiya Aktının tarixi əhəmiyyətindən bəhs edən natiqlər müstəqilliyin ilk illərində yaranmış ağır və mürəkkəb vəziyyətdən söz açmışlar. Belə ki, bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən separatçılıq meyllərinin baş qaldırması müstəqilliyin itirilməsi və ölkənin parçalanması təhlükəsi yaratmışdı. Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Yaşanan bu gərginlik zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Məhz Ulu Öndərin müdrik siyasəti nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan inkişaf yoluna çıxarıldı və suveren dövlət kimi dünya birliyində özünə layiq yer tutdu.
Məruzə və çıxışlarda iftixar hissi ilə qeyd edilmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionun, hətta dünyanın sürətlə inkişaf edən, müstəqil daxili və xarici siyasəti ilə tanınan dövlətinə çevrilmişdir. Natiqlər bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətin Azərbaycanı daha parlaq gələcəyə apardığını  vurğulamışlar.
Təntənəli yığıncaqdan sonra Heydər Əliyev parkında geniş bayram konserti olmuşdur.

Keçidlər