Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərənfil” körpələr evi-uşaq bağçasında məktəb yaşına çatmış uşaqların yola salınmasına həsr olunmuş tədbir keçirilib

13 sentyabr 2017 | 11:00

Ağsu şəhərindəki   “Qərənfil” körpələr evi-uşaq  bağçasından 20 nəfər balaca sentyabrın 15-də şəhərin ümumtəhsil məktəblərində birinci sinfə qədəm qoyacaq.
  Bağçada  təntənəli  yolasalma mərasimi keçirilib. Valideynlərin, qonaqların dəvət olunduqları mərasim balacaların ifasında şən musiqi sədaları, səhnəciklərlə yaddaqalan olub. “Matroşka”, “Kukla”, “Şən qazlar”, “Cücə”, “İspanyolla” və sair rəqslər, “Tıq-tıq xanım” səhnəciyi, xorun ifasında səsləndirilən “Biz mehriban ailəyik” mahnısı iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
   Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, valideynlər çıxış edərək bağça ilə vidalaşanlara təhsildə və gələcək həyat yollarında uğurlar arzulayıblar.
    Axırda yola salınan balacalara  sertifikat və vinetkalar verilib.

 

Keçidlər