Müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir
05 sentyabr 2013–cü il tarixdə şəhərin Mədəniyyət Sarayında müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül dəstələri qoymuşlar.
Konfransda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Təhsil Nazirliyinin məktəbdənkənar tərbiyə işləri üzrə şöbə müdiri Ağababa İbrahimov, millət vəkili Ərəstun Cavadov, yüksək balla ali məktəblərə qəbul olan tələbələr, valideynlər, və ictimaiyyət nümayəndələri iştirak iştirak etmişlər.
Konfransda məruzə ilə çıxış edən rayon Təhsil şöbəsinin müdiri T. Xasi Ağsuda təhsilinin səviyyəsindən söhbət açmış, mövcud vəziyyəti konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Təhsil Nazirliyinin Tərbiyə və Məktəbdən kənar müəssisələrlə iş Şöbəsinin müdiri Ağababa İbrahimov müstəqillik dönəmində respublika təhsilində əldə edilən uğurlardan danışmış və qarşıda duran vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.
Rayon icra hakimiyyətinin başçısı Ə.Seyidəliyev rayonun pedaqoji kollektivinə yeni dərs ilində uğurlar arzulamış, 2005–2013–cü illərdə rayonumuzda 3976 şagird yerlik 19 məktəb binası tikilib istifadəyə verildiyini, təhsil müəssisələrinin maddi-texniki bazanın gücləndirildiyini və I-XI siniflər üzrə dərsliklərin pulsuz paylanıldığını qeyd edərək təhsilin inkişafına göstərilən hədsiz qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya rayonun bütün təhsil işçiləri adından minnətdarlığını bildirmişdir.
Sonda yeni dərs ilində rayonun pedaqoji kollektivi qarşısında duran vəzifələr müəyyən edilmiş və konfrans iştirakçıları adından ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.