27 Sentyabr – Anım günü ilə əlaqədar 27.09.2026-cı il tarixdə Ağsu şəhərində və Çaparlı kəndində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib
27 Sentyabr – Anım günü ilə əlaqədar 27.09.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və RİH-nin nümayəndələrinin iştirakı ilə Ağsu şəhərində və Çaparlı kəndində Vətən müharibəsi şəhidlərinin ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Ağsu şəhərində şəhid Məlikov Rauf Mahir oğlunun və Çaparlı kəndində şəhid Rəhimov Yalçın Elçin oğlunun ailələrində görüşlər keçirilmişdir.
Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.
Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.







