27 Sentyabr – Anım günü ilə əlaqədar 26.09.2026-cı il tarixdə Keşdiməz və Padarqışlaq kəndlərində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib
27 Sentyabr – Anım günü ilə əlaqədar 25.09.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov RİH-nin nümayəndələrinin iştirakı ilə Keşdiməz və Padarqışlaq kəndlərində Vətən müharibəsi şəhidlərinin ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Keşdiməz kəndində şəhid Qurbanov Qamət Şəmşir oğlunun və Padarqışlaq kəndində şəhid Xəlilov Ceyhun Azər oğlunun ailələrində görüşlər keçirilmişdir.
Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.
Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.







