Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım günü ilə əlaqədar 26.09.2026-cı il tarixdə Gəgəli və Bico kəndlərində şəhid ailələri ilə görüşlər keçirilib

27 sentyabr 2026 | 10:51

     27 Sentyabr – Anım günü ilə əlaqədar 26.09.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov RİH-nin nümayəndələrinin iştirakı ilə Gəgəli və Bico kəndlərində şəhid ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Gəgəli kəndində şəhid İbişov Vüsal Əli oğlunun və Süleymanlı Elmir Aqil oğlunun, Bico kəndində şəhid Fərəczadə Toğrul Habil oğlunun ailələrində görüşlər keçirilmişdir.

     Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.

     Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər