Şriftin ölçüsü :

Saytın rəngi :

27 Sentyabr – Anım günü ilə əlaqədar 24.09.2026-cı il tarixdə Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib

25 sentyabr 2026 | 14:06

     27 Sentyabr – Anım günü ilə əlaqədar 24.09.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı  Rövşən Bağırov, rayon Prokuroru Elnur Cəfərov RİH-nin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Xatman kəndində şəhid Vahabov Yadigar Mahir oğlunun və Dilman kəndində şəhid Hümbətov İlqar Vüqar oğlunun ailələrində görüşlər keçirilmişdir.

     Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.

     Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər