27 Sentyabr – Anım günü ilə əlaqədar 23.09.2026-cı il tarixdə Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər keçirilib
27 Sentyabr – Anım günü ilə əlaqədar 23.09.2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon Prokuroru Elnur Cəfərov və RİH-nin nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələri ilə yaşadıqları evlərdə görüşlər keçiriblər. Ərəbmehdibəy kəndində şəhid İsmət Qismətoğlunun, Hacıqədirli kəndində şəhid Abdullayev Vaqif Rəşid oğlunun və Axundlu kəndində şəhid Əsgərov Niyaməddin Süleyman oğlunun ailələrində görüşlər keçirilmişdir.
Şəhid ailələri ilə görüşlər zamanı onları narahat edən məsələlər, qarşılaşdıqları çətinliklər və problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılmış, şəhid ailələrinin qaldırdığı məsələlərin həlli yolları müzakirə olunmuşdur.
Görüşlər zamanı şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.







