Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işlərinin vəziyyəti və pambıq yığımına hazırlıqla bağlı yığıncaq keçirilmişdir

19 avqust 2017 | 11:00

 Rayon icra hakimiyyəti başçısının Aparatında keçirilən yığıncaqda    başçının inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, pambıq əkini ilə məşğul olan  fermerlər iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək bu il rayonda 2500 hektar sahədə pambıq yetişdirildiyini bildirmişdir. Sahələrdə aqrotexniki tədbirlər vaxtında həyata keçirilmiş, suvarmaya xüsusi diqqət yetirilmişdir. O, pambıq  yığımına az vaxt qaldığını  nəzərə çatdıraraq   yerli icra nümayəndələrinə və bələdiyyə sədrlərinə, fermerlərə  məhsul toplanışına hazırlığın vəziyyəti, suvarmanın başa çatdırılması,  maşınla və əllə yığılacaq sahələrin dəqiqləşdirilməsi, yığıma cəlb olunacaq işçilərin sayı barədə məlumat vermələrini bildirdi.
  Fermerlər cıxış edərək sahələrin suvarılmasının yekunlaşmaq üzrə olduğunu, pambığın hər hektarından orta hesabla 20 sentner məhsul yığılacağının gözlənildiyini bildirdilər.
   Yığıncaqda rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elxan Abdullayev cıxış edərək rayon üzrə 2500 hektar sahədə əkilmiş pambığın 1610 hektarından  yığılacaq pambığın  “MKT istehsalat Kommersiya” MMC-nin Ucar rayonundakı pambıq qəbulu məntəqəsinə təhvil veriləcəyini, qəbul məntəqəsinin tam hazır vəziyyətdə olduğunu, 890 hektarından  yığılacaq pambığın isə “Ağsu kənd təsərrüfatı” MMC-nin pambıq qəbulu məntəqəsinə təhvil veriləcəyini bildirdi. Qeyd etdi ki, məntəqənin tikintisində son tamamlama işləri aparılır.
   Pambıq  yığımına 8 ədəd pambıqyığan maşın, 27 ədəd traktor, 54 ədəd traqtor qoşqusu cəlb ediləcək, pambıqcılar 4000 ədəd önlük, 3500 ədəd xaşalla təmin ediləcəkdir.
   Baramaçılıq  sahəsinin inkişaf etdirilməsi istiqamətində müvafiq işlər aparılır. Ötən il rayonda 33 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 30 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 3 min ədəd yerli tut tingi əkilib. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir, alaqdan təmizləmə  və suvarma işləri davam etdirilir.
   Sonda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2017-ci il tarixli Sərancamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair  2017-2022-ci illər üçün Dövlət Proqramı”na  yğun olaraq pambıq əkini dövriyyəsinə cəlb ediləcək torpaqların müəyyənləşdirilməsi, yanğından mühafizə tədbirlərinin gücləndirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər