Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Günü Ağsuda geniş qeyd olunmuşdur

16 iyun 2013 | 10:00

Milli Qurtuluş Günü münasibəti ilə Ağsu  şəhərində  bayram tədbiri keçirilmişdir.
Əvvəlcə milli qurtuluşumuzun səbəbkarı – ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə gül dəstələri düzülmüş, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Mərasimi giriş sözü ilə açan Ağsu  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Ənvər  Seyidəliyev bu əziz  günün xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını və parlaq səhifəsini təşkil etdiyini xüsusi vurğulamış, millətimizin ən ağır günlərində xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısında misilsiz xidmətlərindən ətraflı söz açmışdır.
        Tədbir  15  iyun  2013-cü ildə  Heydər  Əliyev  adına  parkda  şəhər  Mədəniyyət  evinin  bədii  özfəaliyyət  kollektivinin  konsert  proqramı  ilə  davam etdirilmişdir.

Keçidlər