Şriftin ölçüsü :

Saytın rəngi :

26 may 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib

27 may 2023 | 17:53

     26 may 2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid ailələri, müharibə əlilləri, onların ailələri və bir qrup rayon sakinlərini fərdi qayda da qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
    Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin qısa müddətdə ətraflı araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
     Qəbulda iştirak etmiş vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər