Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fətəlizadə Rüfət Nazim oğlunun xatirəsinə həsr olunmuş boks turniri keçirilmişdir

11 avqust 2017 | 11:00

        Ağsu rayon Gənclər və İdman idarəsi və “Neftçi” İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonda şəhid Fətəlizadə Rüfət Nazim oğlunun xatirəsinə həsr olunmuş boks turniri keçirilmişdir. İki gün davam edən yarışlarda yeniyetmələr, kadetlər və uşaqlar, ümumilikdə 75 nəfər  öz qüvvələrini sınamışlar.
       Turnir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək  Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş  R.Fətəlizadənin  məzarını ziyarət etmiş, məzarı üzərinə əklil,  gül və çiçək dəstələri qoymuşlar. Ağsu İdman Kompleksində davam edən tədbiri açan  rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və nəzarəti    altında ölkədə idmanın inkişafı və kütləviliyinin artırılması sahəsində aparılan işlərdən danışmışdır. Bu sahədə rayonda da mühüm işlərin görüldüyünü qeyd edərək yarış iştirakçılarına müvəffəqiyyətlər arzulamışdır  
       Sonra yarışlara start verilmişdir. “Təhsil“ Respublika İdman Mərkəzinin baş məşqçisi Mübariz Əliyevin baş hakimlik etdiyi  yarışlarda Ağsu rayonu ilə yanaşı   Bakı Respublika İdman Mərkəzi, Gəncə, Mingəçevir,  Şirvan şəhərləri, Abşeron, Balakən, Zaqatala və  Tərtər  rayonları   8  komanda ilə  təmsil olunmuşlar.
       Sonda müxtəlif çəki dərəcələrində qaliblərə Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.

Keçidlər