Şriftin ölçüsü :

Saytın rəngi :

"GÜLSAM" Əlillərin Reablitasiyası İctimai Birliyi ofisində "İnsan Hüquqları üzrə hüquqi yardım və təhsl" mövzusunda seminar keçirmişdir.

10 avqust 2017 | 11:00

     Tədbirdə "GÜLSAM" Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova çıxış edərək iki ildən artıq bu layihədə qalib gəldiyini bildirdi və bu gün Amerika Birləşmiş Ştatlarının Səfirliyi tərəfindən "İnsan Hüquqları üzrə hüquqi yardım və təhsil" adlı layihənin  həyata keçirilməsi barədə iştirakçılara geniş məlumat verdi.   Qeyd etdi  ki, layihə üzrə işlər  6 ay müddətində Ağsu, Cəlilabad, Səlyan rayonlarında davam etdiriləcəkdir.
      Vəkil Səməd Vəkilov əlillik dərəcəsinin alınması, onların hüquqlarının müdafiəsi və əlil insanlara dövlət tərəfində göstərilmiş hüquqi yardımların həyata keçirilməsindən danışdı. Sonra tədbir iştirakçıları və bır sıra əlil şəxslərin müraciətlərini dinləyən S. Vəkilov hüquqi məsləhətlərini vermişdir.
        ABŞ Səfirliyinin nümayəndələri - Mədəniyyət İşləri üzrə köməkçi Günel Poladova, Siyasi işlər üzrə köməkçi Solley William, vəkil Səməd Vəkilov və Ağsu rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mirqubat Orucov seminarda  iştirak etmişlər.

Keçidlər