Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar günü münasibətilə tədbir keçirilib

02 iyun 2013 | 10:00

1 İyun - Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə  “Şəlalə” şadlıq  sarayında Ağsu  Rayon İcra Hakimiyyəti Təhsil  İşçiləri  Həmkarlar  İttifaqı  Ağsu  rayon Təşkilatı  ilə birlikdə bayram tədbiri keçirib.
        Rayonun  ümumtəhsil  və  məktəbəqədər  tərbiyə  müəssisəsindən  110  nəfərdən  çox  uşağın  qatıldığı tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və hümanitar məsələlər  şöbəsinin  müdiri  Sevil  Mirzəliyeva, Təhsil  İşçiləri  Həmkarlar  İttifaqı  Ağsu  rayon Təşkilatının nümayəndələri və RİH  başçısı  Aparatının müvafiq struktur bölmələrinin məsul şəxsləri  iştirak  ediblər.
        Tədbirdə, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndiyi və elə həmin konfransda da 1 iyun gününü uşaqların müdafiəsinə həsr etmək qərara alındığı, bundan sonra 1  iyun gününün Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi təsis olunduğu bildirilib.
         Azərbaycanda ulu öndər Heydər Əliyevin uşaqlara, gənc nəslə təkrarsız qayğıkeşliyindən yoğrulan və bütün uşaqların xoşbəxt, firavan böyüməsinə xidmət edən fəal siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Həmçinin Azərbaycan BMT-nin 1989-cu ildə qəbul etdiyi Uşaq Hüquqları Konvensiyasına qoşulan və bununla bağlı qarşısında duran öhdəlikləri uğurla yerinə yetirən ölkələrdən biridir. Azərbaycanda uşaqların təhsili, sosial problemlərinin aradan qaldırılması, sağlamlığı və mənəvi inkişafı, hüquqlarının müdafiəsi, şəxsiyyət kimi formalaşmaları məqsədilə mühüm dövlət proqramları qəbul edilərək layiqli tərzdə icra olunur.
         Azərbaycanda gələcəyimiz olan uşaqlarla bağlı dövlət siyasəti daim güclənməkdədir. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm sənədlər imzalanır, ölkəmizdə uşaqlar hərtərəfli diqqət və qayğı  ilə  əhatə  olunur.
         Eyni  zamanda, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradıldığı, internat evlərində bütün bayramlar, əlamətdar günlər münasibətilə şənliklər təşkil edildiyi, uşaqlara fərəhli duyğular bəxş olunduğu  və  xoş  anlar yaşadıldığı  qeyd  olundu.
         Bayram şənliyinin  sonunda  bütün uşaqlara hədiyyələr verildi.

Keçidlər