Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan “Milli-mənəvi dəyərlərimizdə İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

07 iyul 2017 | 11:00

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva çıxış edərək “İslam Həmrəyliyi İli”ndə keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Mövzu barədə məruzə ilə çıxış edən AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov islamofobiyanın hökm sürdüyü indiki zamanda çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində formalaşan milli-mənəvi dəyərlərimizdən, onun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Bilik Fondunun fəaliyyəti “İslam Həmrəyliyi İli” kontekstində” mövzusunda çıxış edərək bildirilib ki, qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunub, eyni zamanda, müstəqil dövlətimiz milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Ümummilli lider Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin bu istiqamətdə gördükləri işlər, yürüdülən uğurlu dövlət siyasəti xüsusi önəm kəsb edir. Əlbəttə, İslam ölkələri ilə qurulan mədəni əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindəndir. Bilik Fondu da bu istiqamətdə üzərinə düşün vəzifələri uğurla yerinə yetirməyə çalışır.

Keçidlər