Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib.

22 iyun 2017 | 11:00

Ağsu rayon icra Hakimiyyətində 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib.
Mərasim iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb.
İcra başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cahangir Məhərrəmovun məruzəsində Azərbaycan dövlətçiliyinin təməlini qoyan ümummilli lider Heydər Əliyevin uzaqgörən uğurlu siyasəti və qətiyyətli iradəsi  nəticəsində ölkəmizin uğurlu inkişaf strategiyasının müəyyən edildiyi, hüquqi dövlət quruculuğu Azərbaycan Respublikasının ilk Konstitusiyasında dövlət və hakimiyyət münasibətlərinin hüquqi bazası demokratik, hüquqi, dünyəvi dövlətçilik və hakimiyyətin bölünməsi prinsipləri əsasında milli dövlətçilik ənənələrinə və beynəlxalq təcrübəyə uyğun yaradıldığını qeyd edib.
Məruzədə  Ağsu rayonunda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzində olduğu, hazırda rayonda 200-ə yaxın dövlət qulluqçusu çalışdığı və onların da xeyli hissəsinin gənclər və qadınlar təşkil etdiyi qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2017 – ci il tarixli sərəncamı ilə 23 iyun-“Dövlət qulluqcularının peşə bayramı” günü münasibəti ilə başçının müavini Mikaylov İqbal Şahbaba oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğunu qeyd etdi.
Sonra Ə. Seyidəliyev tərəfindən  Ağsu rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəısinin müdiri Məhərrəmov Cahangir Adil oğluna, Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri İnayətov İzay Məntiq oğluna və Bəşirova Nailə Məzahir qızına,    Ağsu rayon İcra Hakimiyyəti başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qədirov Cavid Əlistan oğluna, Ağsu rayon İcra Hakimiyyəti başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi Əzizov Cüməli Əzizalı oğlu və Ağsu rayon İcra Hakimiyyəti başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ələkbərov Aydın Abdulhəsən oğluna 23 iyun Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə “Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə” Ağsu rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib. Bir qrup dövlət qulluqcusuna isə növbəti ixtisas dərəcəsi verilib.

Keçidlər