Şriftin ölçüsü :

Saytın rəngi :

17 İyun - Tibb işçilərinin peşə bayramı günü qeyd edilib.

17 iyun 2017 | 11:00

17 İyun - Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar Ağsu rayon mərkəzi xəstəxanasında yığıncaq keçirilmişdir.
Xəstəxananın baş həkim müavini Əli Hüseynov kollektivi peşə bayramı münasibətilə təbrik edərək, onlara şərəfli vəzifələrində uğurlar arzulayıb.
Bu gün ölkəmizin hər yerində, o cümlədən Ağsu rayonunda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçiləri üçün hər cür şəraitin yaradılması prioritet vəzifələrdəndir. Ötən il aprelin 29-da Prezident İlham Əliyevin açılışında iştirak etdiyi 165 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanası nəinki əhali, habelə burada çalışanlar üçün gözəl bir hədiyyədir. Hazırda müasir arxitektura üslubunda tikilən və hər cür şəraitin yaradıldığı xəstəxanada ağsululara keyfiyyətli xidmət göstərilir.
Qeyd edib ki, rayonda əhalinin sağlamlığının keşiyində duran 68 həkim, 238 orta tibb işçisi nümunəvi iş şəraitinə malikdir. Müasir avadanlıqlar, o cümlədən ultrasəs müayinə, kompüter tomoqrafiya aparatları, müasir cərrahiyyə əməliyyatı avadanlıqları, exokardioqramma, laboratoriya və sair xidmətin yüksək səviyyədə təşkilinə imkan yaradır.
Sonra yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə hədiyyələr verilib.

Keçidlər