Ağsu rayon qadınlarının konfransı keçiridl
15 may 2013-cü il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Qadınlarının IV qurultayına hazırlıq mərhələsində Ağsu rayon qadınlarının konfransı keçirildi.
Konfransın işində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edirdi.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq Azərbaycan qadınının keşməkeşli inkişaf yolu keçdiyini, XX əsrin əvvəllərində ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni prosseslərin fonunda qadın məsələsinin aktuallaşması Azərbaycan qadınının ictimai - siyasi inkişafına təkan verdiyini qeyd etdi. Qadın azadlığı uğrunda uzun əsrlər boyu mübarizə aparılsa da, qadın probleminin dövlət səviyyəsinə qaldırılması yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mümkün olduğunu, qadınlara daim yüksək qiymət verdiyini, onlar haqqında xoş sözlər söylədiyini qeyd edən Ənvər Seyidəliyev sonda konfrans iştirakşılarına uğurlar arzuladı.
Sonra Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mİrzəliyeva çıxış edərək rayonun ictimai, siyasi və mədəni həyatında qadınların fəal iştirakından danışdı. O qeyd etdi ki, mədəniyyət sahəsində çalışanların 59 %-i (177 nəfər), təhsil sahəsində çalışanların 52 %-i (571 nəfər), səhiyyə sahəsində çalışanların 71 %-i (433 nəfər), Rayon Mərkəzi Xəstəxanasının, “Mətbuatyayımı” Birliyinin, Mədəniyyət və Turizm Şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin, 8 məktəbəqədər təhsil müəssisəsinin, 13 ümumtəhsil məktəbinin rəhbərləri, 32 ümumtəhsil məktəbinin direktor müavinləri, 5 bələdiyyə sədri və dövlət qulluqçularının 23 nəfəri qadınlardır.
Daha sonra qadın əməyinin dövlət səviyyəsində daim yüksək qiymətləndirildiyini qeyd edən natiq şəhər 3 saylı məktəbin müəllimləri Şirmayı Cabbarova və Ziyafət Qurbanovaya Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əməkdar müəllim adı verildiyini, Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Şərəbanı Məlikova və şəhər 2 saylı məktəbin müəllimi Esmira İbrahimovanın isə “Tərəqqi medalı” ilə təltif edildiyini bildirdi.
Konfrans işini Azərbaycan Qadınlarının IV qurultayına 13 nəfər nümayəndənin seçilməsi ilə yekunlaşdırdı.