Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ağsu şəhərində vətəndaşları qəbul edib.

28 aprel 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki    Aydın Əliyev Ağsu şəhər Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində vətəndaşları qəbul edib.
Qəbulda Ağsu, Şamaxı, Qobustan və İsmayıllı rayon sakinləri gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı müraciət ediblər.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər