Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olan Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat yarışı keçirilib.

04 aprel 2017 | 11:00

Ağsu rayon Təhsil şöbəsinin, Gənclər və idman idarəsinin və Şahmat məktəbinin təşkilatçılığı ilə Ağsu rayon Şahmat məktəbində aprel döyüşlərində şəhid olmuş Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat yarışı keçirilib.
   Öncə yarış iştirakçıları şəhid Toğrul Fərəczadənin və Qarabağ torpaqlarında şəhid olmuş qəhrəman övladların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi aprel döyüşlərində Azərbaycan əsgərinin düşmən üzrərində qələbəsindən danışıb.
   İki gün davam edən yarışlarda iki yaş qrupu üzrə 50 məktəbli şahmatçı iştirak edib.  Qaliblərə Gənclər və idman idarəsinin diplomları və qiymətli hədiyyələri verilib.

Keçidlər