Şriftin ölçüsü :

Saytın rəngi :

Ciddi hazırlıqdan sonra rayonda çiyid səpini kampaniyasına start verilib

01 aprel 2017 | 11:00

  Cari  mövsümdə rayonda 2500 hektarda çiyid səpini aparılacaq. Bu məqsədlə əkin keçiriləcək 18 təsərrüfatın hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

 İlk olaraq səpinə Qaraqoyunlu, Bozavand, Cəlayir, Ərəbuşağı kəndlərinin ərazilərində başlanılıb. MKT-nin Ucar filialı sahibkarların yaxın köməkçisinə çevrilib. Bağlanan müqaviləyə əsasən, filial onları lazımi texnika və toxumla tam təmin edir.
   Qaraqoyunlu kəndindən sahibkar Azad İsgəndərov  deyir ki, pambıqçılıq bizim kənddə ənənəvi təsərrüfat sahəsi hesab olunur. Təəssüf ki, bir müddət bu sahə demək olar ki, unudulmuşdu. Prezidentimiz İlham Əliyevin tapşırığı ilə ötən ildən rayonumuzda gəlirli sahə olan pambıqçılığın inkişafı istiqamətində tədbirlərə başlanılıb. Pambıqçılara göstərilən dövlət qayğısı, o cümlədən satınalma qiymətinin artırılması, subsudiyaların verilməsi, texnika və toxumla təminat hər kəsdə böyük maraq yaradıb. Bu mövsümdə mən də əkinə 20 hektar sahə hazırlamışam. MKT-nin Ucar filialı ilə bağlanan müqaviləyə əsasən artıq çiyid səpininə başlamışıq. Məqsədin hər hektardan 20-25 sentner məhsul götürməkdir.
   Rayonda səpinə kifayət qədər texnika cəlb olunub və hər gün orta hesabla 120-130 hektarda səpin aparılır.

Keçidlər