8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri olub
“Tural Plaza” şadlıq sarayında təşkil edilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən, dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, habelə ictimai təşkilat və birliklərə rəhbərlik edən 150 nəfər qadın iştirak edib. Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qadınları bayram münasibəti ilə təbrik edib. Natiq, eləcə də digər təbrik nitqi söyləyənlər ölkəmizdə, o cümlədən rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışıb, onların ictimai-siyasi fəallığını, sosial-iqtisadi və mədəni həyatımızda rolunu yüksək qiymətləndirib.
Qeyd edilib ki, rayonda yaşayan 78132 nəfər əhalinin 38991nəfəri qadınlardır. Onlardan 28 nəfəri dövlət qulluğunda, 619 nəfəri təhsil, 452 nəfəri səhiyyə, 111 nəfəri isə mədəniyyət sahəsində çalışır. Habelə, onların 5 nəfəri bələdiyyə sədri, 95 nəfəri isə bələdiyyə üzvüdür.
Bayram tədbiri rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.