Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda ulu öndərin anadan olmasının 90 illiyinə həsr edilmiş bayram konserti

06 may 2013 | 10:00

Mayın 5-də  Ağsu şəhərinin mərkəzi parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş zəngin repertuarlı konsert verildi.
       Bayramsayağı bəzədilmiş parkda ulu öndərin əzəmətli heykəlinin ətrafı minlərlə çiçəklərlə bəzədilmişdi. Görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə hazırlanmış gözəl tərtibatlı əklil ulu öndərə dərin hörmət və ehtiramın bariz nümunəsi idi. Konsertdən əvvəl rayon ictimayyətinin nümayəndələri  heykəlin önünə gələrək ulu öndərə öz ehtiramlarını bildirdilər.
      Rayon icra hakimiyyətinin başçısı konserti ümummilli liderin xalqımızın qarşısındakı əvəzolunmaz xidmətlərindən danışdı, hər yerdə olduğu kimi ağsuluların da bu dahi insana göstərdikləri ehtiram və məhəbbətdən söz açaraq 90 illik yubileyin silsilə tədbirlərlə qeyd edildiyini  söylədi.
      Böyük izdihamın toplandığı parkda respublikamızın tanınmış musiqiçiləri çıxış etdilər. Xalq artistləri Səkinə İsmayılovanın, Mələkxanım Əyyubovanın və  Məleykə  Əsədovanın, əməkdar artistlər Gülüstan Əliyevanın, Təyyar Bayramovun, Elza Seyidcahanın, Aşıq Əli Tapdıqoğlunun və digər  müğənnilərin ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Sənətkarlar ulu öndərə, onun canından da çox sevdiyi Azərbaycana həsr olunmuş mahnıları böyük məharətlə ifa etdilər.
     Konsertdə Milli Məclisin deputatı  Ərəstun Cavadov iştirak etmişdir.
     Proqramın  sonunda atəşfəşanlıq olmuşdur.

Keçidlər