Şriftin ölçüsü :

Saytın rəngi :

Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

30 dekabr 2016 | 11:00

Ağsu rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənəli tədbirlərlə qeyd olunub.   Dekabrın 30-da səhər bayramsayağı bəzədilən Heydər parkına gələn rayon rəhbərliyi, ictimaiyyətin çoxsaylı nümayəndələri əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
  Parkdakı yolka ətrafında balacalar və məktəblilər şənlik ediblər. Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb.
  Sonra rayon mədəniyyət sarayında təntənəli yığıncaq keçirilib. Çıxışlarda ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, diasporumuzun formalaşdırılması və təkmilləşdirilməsində xidmətləri qeyd olunub.
  Bayram tədbiri rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər