2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olunmuş məzunlarla görüş keçirilib
Ağsu rayonunda 2025-2026-cı tədris ilində respublikanın ali təhsil ocaqlarına yüksək nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun təhsil işçiləri, müəllimlər, ağsaqqallar və ali təhsil müəssisələrinə qəbul olunmuş məzunlar iştirak ediblər.
Tədbirdə RİH başçısı Rövşən Bağırov çıxış edərək respublikamızda təhsilə olan dövlət qayğısı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biri olmasını, təhsil sisteminin müasir tələblər istiqamətində qurulmasını, inşa olunan yeni məktəb binalarında yaradılan müasir təhsil infrastrukturunu diqqətə çatdırıb. RİH-in başçısı ali məktəblərə qəbul olan gəncləri təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. Ağsu təhsilinin yüksələn xətlə inkişaf etməsi üçün təhsil prosesində iştirak edən hər bir şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsinin vacibliyini və əvvəlki ilə müqayisədə bu tədris ilində müəyyən uğurların əldə edildiyini vurğulayıb.
Çıxış edən ağsaqqallar, müəllim və məzunlar respublikamızda, eləcə də Ağsuda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda yüksək nəticə göstərmiş məzunlara hədiyyələr təqdim olunub.







