Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib

13 noyabr 2023 | 13:35

     Ağsu Rayon İcra Hakimiyyətində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.  

     Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli giriş nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə, o cümlədən Ağsu rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ölkəmizdə hüquq siyasətinin və qanunvericilik bazasının yaradılmasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ilə insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin müstəqil qanunvericilik bazamızda əks olunduğunu və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfər nəticəsində hüquqları pozulmuş, doğma torpaqlarından didərgin düşmüş, 30 ilə yaxın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın hüquqlarının bərpasına şərait yarandığını diqqətə çatdırıb.

     Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, hümanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. S.Mirzəliyeva vurğulayıb ki, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir”. Xüsusilə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən əzəli Azərbaycan torpağları 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.  

     Digər çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, ölkəmizin müstəqilliyi uğrunda siyasi iradəsinin təntənəsi, tükənməz irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər, Ulu Öndərin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu konsepsiyası, məhkəmə-hüquq və ədliyyə sahəsində həyata keçirdiyi geniş həcmli islahatlar haqqında ətraflı danışıblar.

Keçidlər