Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

12 noyabr 2016 | 11:00

Noyabrın 12-də Ağsu Rayon İcra Hakimiyyətində Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.   Rayonun  idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, ağsaqqalların və gənclərin iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
   “Dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, rayon prokuroru Elvin Mirzəyev, YAP rayon təşkilatının sədri Əli Hüseynov və başqaları ümummilli lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə işlənib hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən ilk milli Konstitusiyamızın dövlətçilik tariximizdə yeni bir mərhələnin başlanğıcını qoyduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, məhz bu sənəd Azərbaycanın demokratik və sivil inkişaf yolu üçün əsaslı bir təminatdır.
   Çıxışlarda milli Konstitusiyamızın qəbulundan ötən müddətdə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyasında böyük uğurlar qazandığı qeyd olunub, bu uğurların Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyi vurğulanıb.

Keçidlər