Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr - Azərbaycan Bayrağı Günü Ağsu rayonunda ümumxalq bayramı kimi təntənəli surətdə qeyd olunub

08 noyabr 2016 | 11:00

Noyabrın 8-də ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirinin iştirakçıları ilk öncə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət edərək heykəlin önünə çiçəklər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
   Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirilib. Yığıncaq Azərbaycanın Dövlət Himni ilə açılıb. Məktəblilərin ifasında Dövlət Bayrağımıza həsr olunan şeirlər səsləndirilib.
   Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən, 1990-cı il noyabrın 19-da ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırılan üçrəngli bayrağımızın qüdrətimiz, milli qururumuz olduğunu iftixarla qeyd edib.
   Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın məruzəsində, eləcə də çıxışlarda yenidən ucalan, türk mədəniyyətinin, müsəlman sivilizasiyasının və Azərbaycan demokratiyasının dəyərlərinin simvolu olan milli bayrağımızın bundan sonra əsrlər boyu dalğalanacağına böyük inam, əminlik ifadə olunub. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilən Azərbaycanın milli bayrağı dünyanın ən mötəbər bayraqları sırasında dalğalanır.

Keçidlər