Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıman kəndinə təbii qaz verilib

25 oktyabr 2016 | 11:00

Rayon mərkəzindən 45 kilometr məsafədə, dağlıq ərazidə yerləşən Hacıman kəndinə təbii qaz verilib. Doxsan abonentin, 278 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün 5297 metr müxtəlif diametrli polad borulardan istifadə olunub. Bütün evlər sayğaclaşdırılıb.
  Kəndə  “mavi yanacağ”ın verilməsi ilə əlaqədar təntənəli mərasim keçirilib.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Ağsuda həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, artıq rayonun 65 yaşayış məntəqəsi qazlaşdırılıb. Təkcə bu il 10 kəndə təbii qaz verilib. Hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Padarqışlaq kəndi qazlaşdırılır.
  Açılış mərasimində çıxış edən sakinlər kəndə təbii qazın verilməsindən razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
  Sonra rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər