Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat naziri Ziya Məmmədov Ağsuda vətəndaş qəbulu keçirib

21 oktyabr 2016 | 11:00

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov oktyabrın 21-də Ağsuda vətəndaş qəbulu keçirib.
  Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
  Nazir  Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edərək  onların müraciət, şikayət və təkliflərini dinləyib.
  Vətəndaşların müraciətlərinə əsasən  İsmayıllı rayonunun yeni salınmış “XVI məhəllə” qəsəbəsinə və 8 mindən çox əhalisi olan Ağsu-Cəlayir-Hacıuşağı kəndlərinə yeni marşrut xəttinin açılması təklif olunub. Eyni zamanda  Ağsu şəhər avtovağzalının işlək vəziyyətə gətirilməsinə kömək göstərilməsi xahiş edilib.
  Qəbulda İsmayıllı və Ağsu rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə bağlı minnətdarlıq ifadə olunub.
  Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata götürülüb.

Keçidlər