Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr olunan təntənəli yığıncaq keçirilib
Yığıncaq iştirakçıları ilk öncə Heydər parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
Rayon icra hakimiyyətinin iclas zalında keçirilən təntənəli yığıncağı giriş sözü ilə icra başçısı Ənvər Seyidəliyev açıb Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Başçının müavini Sevil Mirzəliyeva “Azərbaycanın Dövlət Müstəqilliyi Azərbaycan xalqının ən böyük sərvətidir” mövzusunda məruzə edib, çıxışlar olub. Vurğulanıb ki, 25 il əvvəl-1991-ci il oktyabrın 18-də qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tarixmizin ən şanlı səhifələrindəndir. O vaxt yaşanan ağır tarixi şəraitdən bəhs olunaraq qeyd edilib ki, dağılmaqda olan sovet imperiyasının havadarlıq etdiyi erməni təcavüzü, törədilən təxribatlar müstəqilliymizin ilk illərində ölkəmizdə ciddi problemlər yaşadıb. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya eneji təhlükəsizliyi sisteminə qoşuldu.
Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə diqqətəlayiq tərəqqi əldə edib. Bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Ölkəmiz özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.