Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Qəşəd kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir

01 may 2013 | 10:00

Aprelin 30-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonda keçirilən silsilə tədbirlər çərçivəsində Qəşəd kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın açılış mərasimi keçirilmişdir.
Mərasimdə  rayon  icra  hakimiyyətinin  başçısı  Ənvər  Seyidəliyev, bir  sıra idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ziyalıları, habelə kənd sakinləri iştirak etmişlər.
Ilk  öncə  Azərbaycan  Respublikasının  Dövlət  himni  səsləndi.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev  açaraq ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışdı.
Ulu öndəriin bu sahədə gördüyü işləri bu gün Prezident İlham Əliyevin uğurlu davam etdirdiyini diqqətə çatdıran Ə.Seyidəliyev Dövlət Proqramları  çərçivəsində Ağsu rayonunda 3930 şagird yerlik 18 yeni məktəb binasının tikilib istifadəyə verildiyini, hazırda daha 4 kənddə təzə tədris ocaqları inşa olunduğunu  vurğuladı.
Çıxışlarda təhsilin inkişafına göstərdikləri diqqətə görə ulu öndər Heydər Əliyevə, onun siyasi varisi Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu.
Mərasimin axırında rəmzi qırmızı lent kəsildi, qonaqlar yeni binanı gəzərək yaradılmış şəraitlə tanış oldular.

Keçidlər