Şriftin ölçüsü :

Saytın rəngi :

19 aprel 2023-cü il tarixdə Ağsu rayonunda iftar süfrəsi açılıb

20 aprel 2023 | 11:39

     Ağsu rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə açılan iftar süfrəsində şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

     İftar süfrəsində Qurani-Kərimdən ayələr oxuyub, xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazan ayının fəzilətlərindən, insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışıb. RİH başçısı həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin açılmasının ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıb.

Keçidlər