Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Habil oğlu Fərəczadənin xatirə lövhəsinin və bulağın açılış mərasimi olub

04 oktyabr 2016 | 11:00

 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş gizir Toğrul Habil oğlu Fərəczadənın Ağsu şəhərində adı verilmiş küçədə xatirə lövhəsinin və bulağın  açılışı olmuşdur.

 Tədbir iştirakçıları ilk öncə Azərbaycan torpaqlarınıın bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
     Rayon  İcra hakimiyyətinin başçısı  Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi  mayor Nizami Heybətov, şəhidin məzunu olduğu Bico kənd tam orta məktəbinin direktoru  Yaşar Qarayev, ictimaiyyət nümayəndələri  və   şəhidin anası  Toğrul Habil oğlu Fərəczadənin keçdiyi qəhrəmanlıq yolundan, şəhidlərə  və müharibə əlillərinə göstərilən dövlət qayğısından danışaraq bütün şəhidlərimizin yaxınlarına Allahdan səbr diləyiblər.
   T.Fərəczadənin oxuduğu Bico kənd tam orta məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq mövzusunda kompozisiya dinlənilib.
    Sonda bütün şəhidlərimizin ruhuna dua oxunub.

Keçidlər