Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev – 90
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş yığıncaq keçirilmişdir.Yığıncaq başlamazdan öncə Şura üzvləri və YAP fəalları ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Yap Ağsu rayon təşkilatının sədri Əli Hüseynov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda məruzə edərək bildirdi ki, xalqımızın böyük oğlu Heydər Əliyev dünya tarıxının ən böyük şəxsiyyətləri ilə bir sırada dayanır. Bu gün bütün dünyada Azərbaycana Heydər Əliyev zirvəsindən baxırlar. Məhz bu dahi insanın, ulu öndərin gördüyü işlər nəticəsində Azərbaycan bu gün dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Biz, bütün dünya yer üzündə yaşayan azərbaycanlıları bugünkü müsəqil Azərbaycan dövlətinin mövcudluğuna görə onun yaradıcısına və qurucusuna minnətdarıq olmayaraq.
Ümummilli Lider Heydər Əliyev özündən sonra zəngin və nadir bir irs qoyub getdi.
O irsi öyrənmək, ondan bəhrələnmək hər birimizin borcudur. O, özünün təbirincə desək, bütün ömrünü Azərbaycan adlı bir məmləkətin varlığına həsr etdi - deyən təşkilat sədri qeyd etdi ki, 1993-cü ildə Azərbaycan düvlətçiliyinin məhv olma təhlükəsi ilə üz-üzə qaldığı ağır bir vaxtda ulu öndərimiz yenidən öz xalqına arxa, dayaq oldu. Dövlətçiliyimizi öz müdrükliyi və fədakarlığı ilə xilas etdi.
Bizim hər birimiz daima Heydər Əliyev ideyalarına, əməllərinə sadiq qalacağıq. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevin siyasi kursunu Azərbaycan xalqı bir mənalı olaraq dəstəkləyir və onun ardınca gedir.
YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədri Şərəbanı Məlikova və Yap Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədri Fərmail Nəsrullayev çıxış edərək bildirdilər ki, hər bir xalqın, millətin tarixində önəmli günlər, yadda qalan tarixlər var. Ümummilli Lider Heydər Əliyevin doğum günü-10 may Azərbaycan xalqının tarixinə əbədi yazılan bir gündür. Hər bir Azərbaycanlı, Yeni Azərbaycan Partiyasının üzvü olan insanlar daima Heydər Əliyev ideyalarına sadiq olacaqlar, onun siyasi kursunun davam etdirilməsində öz xidmətlərini göstərəcəklər.