Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon fermerləri yığılan pambığın ilk partiyasını MKT MMC-yə təhvil veriblər

07 sentyabr 2016 | 11:00

Ağsu rayonunda pambıq yığımı davam edir. Fermerlər istehsal olunan məhsulun ilk 30 tonunu MKT MMC-nin Ucar filialından gələn nümayəndələrə təhvil veriblər. MMC fermerlərdən məhsulu qabaqcadan bağlanan müqaviləyə əsasən satın alır.
     Rayonun  Gəgəli, Rəhimli və  Bozavand kənd inzibati ərazi vahidlərində yığılan pambığın ilk partiyası sentyabrın 7-də yola salınıb.
   Qeyd edək ki, cari mövsümdə Ağsuda 1092 hektarda pambıq yetişdirilib. Sahələrdən 2000 ton məhsul gözlənilir. Tədarük olunan məhsulun hamısı MKT MMC tərəfindən alınacaq.

Keçidlər