Ağsu rayonunda toxum tədarükü ilə bağlı ciddi hazırlıq işləri aparılır
Qarşıdakı payız mövsümündə Ağsu rayonunda 36 min hektaradək taxıl əkiləcəyi gözlənilir. Hazırda toxum tədarükü ilə əlaqədar ciddi hazırlıq işləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxuma Nəzarət İdarəsi Şamaxı regional laboratoriyasının Ağsu rayonu üzrə baş aqronomu Səxavəddin Usubalıyev bildirib ki, qarşıdakı təsərrüfat ilində rayona orta hesabla 3500 tonadək kondisiyalı arpa və buğda toxumu lazım olacaq.
Qeyd edək ki, cari mövsümdə rayonda mövcud olan 4 toxumçuluq təsərrüfatından 6000 ton kondisiya həddinə çatdırılmamış toxum istehsal olunub. Hazırda həmin toxumlardan artıq 600 tonu kondisiya həddinə çatdırılıb. Bu iş davam etdirilir. Gələn ayın əvvəlindən etibarən toxum satışına başlanılacaq.