Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu şəhərində Kənd təsərrüfatı məhsullarının saxlanması və topdan satışı mərkəzi inşa olunub

24 avqust 2016 | 11:00

Ağsu şəhərinin cənubunda, Ağsu-Çaparlı-Göylər avtomobil yolunun kənarında yeni sahibkarlıq obyekti - kənd təsərrüfatı məhsullarının saxlanması və topdan satışı mərkəzi inşa olunub.

  1600 kvadratmetr ərazisi olan mərkəzdə 50-dən çox otaq, üstü örtülü piştaxtalar, məhsulların çeşidlənməsi üçün yerlər var. Meyvə-tərəvəz istehsalçıları burada həm də öz məhsullarını çeşidləyə biləcəklər. Bunun üçün bütün lazımi şərait yaradılıb.
    Tam gücü ilə fəaliyyət göstərdikdə mərkəzdə 380 nəfər işləyə biləcək.
 

Keçidlər