Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Kalva və Suraxanı kəndlərinə təbii qaz verilmişdir

30 iyul 2016 | 11:00

Ağsu rayonunun daha 2  yaşayış məntəqəsinin -  Kalva və Suraxanı kəndlərinin qazlaşdırılması başa çatmışdır. Bu münasibətlə keçirilən tədbirdə  SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Mikayıl İsmayılov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, Ağsu rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Rasim Novruzov və ictimaiyyət nümayəndələri iştirak etmişlər. 484 abonenti olan Kalva və Suraxanı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 38923 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
     SOCAR prezidenti bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

      Açılış mərasimində çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər