Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü təntənəli surətdə qeyd edilib

23 iyun 2016 | 11:00

Rayonda  çalışan dövlət qulluqçuları səhər saatlarında Heydər  parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət ediblər.

R  ayon icra hakimiyyətinin akt zalında keçirilən təntənəli yığıncaqdakı məruzə və çıxışlarda ötən ilin 90-cı illərindən etibarən müstəqillik qazanan Azərbaycanda dövlət qulluğunun formalaşdırılması və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri diqqətə çatdırılıb, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə dövlət qulluğu sahəsində vahid siyasətin formalaşdırılmasının əsasının qoyulduğu vurğulanıb.
  Bildirilib ki, bu gün ölkəmizdə, o cümlədən Ağsu rayonunda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir.
  Təntənəli yığıncaqda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib. Daha 6 nəfərin isə dövlət qulluğu dərəcəsi artırılıb.

Keçidlər