Şriftin ölçüsü :

Saytın rəngi :

“Poeziya klubu”nun oxucularla görüşü keçirilmişdir

18 iyun 2016 | 11:00

Bu gün  rayon Mədəniyyət  şöbəsinin  və Mərkəzləşdirilmiş  kitabxana Sisteminin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin “Poeziya klubu”nun oxucularla görüşü keçirilmişdir.
   Görüş zamanı aydın olmuşdur li, yarandığı bir il ərzində “Poeziya klubu” öz ətrafına Mətləb Məmmədoğlu, Tahir xası, Təhminə Səmədova, Əlibala Ağayev və Rəvan Əliyev kimi yazarları toplamışdır. Klub fəaliyyəti dövründə  Gülzadə Məmmədova, Orxan Abdullayev, Gülay Bağırova, Nihad Şıxaliyev, Ləman Cəfərova, Fatimə Nağıyeva, Nəzakət Kərimova, Şəbnəm Həsənova, Validə Nəsirova, Nəbi Abuzərov, Rəqsanə Abuzərova və  Roza Abbasova kimi istedadlı şagirdləri aşkara çıxararaq  söz  sənətinin  inkişafına  istiqamət vermişdir.
    Ağsu yazarlarının   hesabat xarakterli çıxışları böyük maraq və alqışlarla qarşılanmışdır.

Keçidlər