Milli Qurtuluş Günü bölgələrdə təntənəli surətdə qeyd olunur
Azərbaycanın ən yeni tarixinin şərəfli səhifəsini təşkil edən 15 İyun - Milli Qurtuluş Günü Ağsu rayonunda ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə təntənəli surətdə qeyd olunub.
İyunun 13-də səhər saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edən rayon sakinləri Heydər Əliyev Mərkəzinə gələrək, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və sənədlərlə tanış olublar. Məktəblilər dahi rəhbərə həsr olunan şeirlər söyləyiblər.
Sonra Ümummilli Liderin ictimai-siyasi fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. Tədbir iştirakçıları “Tarixi qayıdış və xalqın qurtuluşu” mövzusunda məruzəni, eləcə də görkəmli dövlət xadiminin Ağsuya səfərləri ilə bağlı xatirələri maraqla dinləyiblər. Vurğulanıb ki, məhz xalqın təkidi ilə bu dahi insanın yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini təmin edib, ölkəni inkişaf yoluna çıxarıb. Çıxışlarda bu gün “Formula-1” kimi möhtəşəm idman tədbirinə ev sahibliyi edən Azərbaycanın məhz Heydər Əliyevin şah əsəri olduğu vurğulanıb.
Sonda Heydər parkında bayram konserti olub.