Ağsuda Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqinə dair maarifləndirici seminar keçirilib
İyunun 9-da Ağsuda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində Azərbaycan Respublikasında Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələlərinə dair maarifləndirici seminar keçirilib.
Seminarda mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbə və qurumlarının, Ağsu şəhər və rayon bələdiyyələrinin nümayəndələri iştirak ediblər.
Maarifləndirici tədbirdə şəhərsalma və tikinti məcəlləsinin tətbiqi məsələləri geniş şərh edilib. Azərbaycan Respublikası Milli Məclisi aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, rayon icra hakimiyyəti aparatı hüquq şöbəsinin müdiri Tofiq Kərimov mövzu üzrə ətraflı məlumat veriblər. Seminarda ərazilərdən, torpaqlardan istifadənin planlaşdırılması, yaşayış məntəqələrinin baş planlarının hazırlanması qaydası, tikintiyə, habelə fərdi yaşayış evlərinin inşasına icazə verilməsi, tikintiyə nəzarət, onun istismara qəbulu qaydaları, bu sahədə məhəllə sakinlərinin hüquqlarının qorunması və sair məsələlərə aydınlıq gətirilib.
Maarifləndirici seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.